Builki “Eurovision” namizədləri açıqlandı - VİDEO

Builki “Eurovision” namizədləri açıqlandı - VİDEO
12:28 18 Dekabr 2018
45 Şou
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsi üçün kastinq elan edib.

Publika.az xəbər verir ki, “Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” namizədlərin adlarını açıqlayıb.

Qeyd etmək lazımdır ki, siyahıda əsasən “Səs Azərbaycan” mahnı müsabiqəsi ilə populyarlaşan gənc ifaçılar yer alıb.

Emiliya Yaqubova

Emiliya Yaqubova “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümündə 90 min 283 səslə qalib olub. Son olaraq Gürcüstanın Batumi şəhərində keçirilmiş "Böyük İpək Yolunda ulduzunu Tap" adlı beynəlxalq müsiqi müsabiqəsini qalibi olan 32 yaşlı ifaçı "Eurovision-2019" müsabiqəsinin namizədləri arasındadır.

Rauf & Faiq

Rauf və Faiq Mirzəyev əkiz qardaşları 1999-cu ildə Rusiyanın İjevsk şəhərində anadan olublar. Babası Bakıda opera ifaçısı olan qardaşların istedadının ailədən gəldiyi şübhəsizdir. "Love remind yesterday"in internet üzərində bir anda populyarlaşması, qardaşları müxtəlif tədbirlərə, konsertlərə dəvət olunması ilə nəticələnir. Dörd yarım oktavaya sahib olan qardaşların idolları Sam Smith və Michael Jackson-dır.

Samirə Əfəndiyeva

“Eurovision” dedikdə ilk yada düşənlərdən biri məhz elə Samirə Əfəndiyevadır. Samirə Əfəndiyeva “Böyük səhnə” Beynəlxalq vokal layihəsinin və "Səs Azərbaycan” yarışmasının iştirakçısı və finalçısıdır. Samirənin musiqiyə olan sevgisi hələ uşaqlıq illərindən başlayıb və artıq 3 yaşından Oqtay Zülfüqarovun rəhbərlik etdiyi Uşaq Filarmoniyasının solisti idi. K.Səfərəliyev adına musiqi məktəbini bitirdikdən sonra, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə daxil olur. Həmçinin S.Əfəndiyeva "Baku Project" qrupu ilə birgə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin 3 illiyinə həsr olunmuş konsertdə çıxış edib və 2016-cı ildə Almaniyada keçirilən caz festivalının iştirakçısı olub.

Məryəm Şabanova

Məryəm Şabanova “Eurovision” milli seçim turlarında bir neçə dəfə iştirak edib. O,1985-ci ildə Bakıda anadan olub. 2010-cu ildə Oslodakı müsabiqədə Azərbaycanın təmsilçisini müəyyən edilməsi məqsədi ilə keçirilən “Land of Fire 2010” milli müsabiqəsində Məryəm Şabanova yarımfinalda sözü və musiqisi özünə məxsus olan "I've Had Enough" mahnısı ilə finala keçməyə haqq qazanmış və finalda məhz həmin il təmsil olunduğumuz “Drip Drop” mahnısını səsləndirənlərdən biri olmuşdu. Səhnə fəaliyyətini davam etdirən Şabanova eyni zamanda, bəstəkar kimi də çox məşhurdur. Hətta məşhur rusiyalı müğənni Qriqori Leps öz mahnıları üçün Məryəm Şabanovaya müraciət edir.

Vlada Axundova

Vlada Axundovanın da adı Azərbaycanın “Eurovision” tamaşaçılarına yad deyil. Belə ki, ilk dəfə 2012-ci ildə keçirilən seçimlərdə iştirak edən Axundova 2013-cü ildə keçirilən seçimlərin finalçısı olmuş və finalda “Big Time” mahnısı ilə çıxış edib. Vlada Axundova 2013-cü ildə eyni zamanda, “Böyük Səhnə” (birinci mövsüm) və Türkvision Azərbaycan seçimlərinin finalçısı olub. Ən son isə 2016-cı ildə “Səs Azərbaycan” yarışmasında iştirak edən Vlada hazırda da səhnə fəaliyyətini davam etdirir.

Hüseyn Abdullayev

Hüseyn Abdullayev “Səs Azərbaycan” müsabiqəsinin finalistlərindəndir.

Ruslan Alışan

Ruslan Alışan “O səs Türkiyə” və “Səs Azərbaycan” müsabiqələrində iştirak edib.

Sərxan Cəfərov

Elvin Novruzov

Altun Zeynalov

Tofiq Haciyev

MTV-də “3 canlı” proqramının aparıcısı da “Səs Azərbaycan” nın yetirməsidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/263486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR