"Gecə 3 dəfə infarkt vurub" - Mərhum aşığın dəhşətli ÖLÜM SƏBƏBİ - VİDEO - FOTO

"Gecə 3 dəfə infarkt vurub" - Mərhum aşığın dəhşətli ÖLÜM SƏBƏBİ - VİDEO - FOTO
13:32 18 Dekabr 2018
52 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışı mərhum sənətkar aşıq Vüqar Mahmudoğlunun həyatına həsr olunub.

Milli.Az bildirir ki, proqramda ilk əvvəl sənətkarın atası, böyük ustad aşıq Mahmudun faciəvi ölümündən bəhs edilib:

"Kəndə gedib təsadüfən görüb ki, işıqlar sönüb, "tok" qırılıb. Deyiblər ki, yer nəmdir, aşığa deyin bu gün qalsın. Əlinin arxasıyla yoxlayıb ki, "tok" var, ya yox. Görüb ki, yoxdur. "Tok"u götürüb qırağa qoymaq istəyib ki, maşın keçsin. Həmin dəqiqə işıq yanıb, ölüb. İşıq 1 dəqiqədən sonra sönüb".

Daha sonra dostları, qardaşı və oğlu aşıq Mahmudla bağlı xatirələrini bölüşüb:

Elnur Niftalıyev - Qardaşı: "Ailədə 7 övlad olmuşuq. Vüqar ilk övlad idi. Mənlə böyük qardaş kimi yox, dost kimi davranırdı. Qardaşımın ölümü anama o qədər təsir etdi ki, ancaq Vüqara qaçmaq istəyir. Çox gərgindir. Həyatdan tam küsüb. Sağalmaq istəmir, həkim istəmir, yaşamaq istəmir. Oğlunun yanında olmaq istəyir, ölmək istəyir. Atamın ölümündən sonra qohumun toyu olacaqdı, təxirə saldı. Dedi ki, toyu Vüqar etsin. 2 aydan sonra toyu Vüqar etdi. Toyu edəndə elə bildim ki, atam qayıdıb. O günü biz hər şeyi unutduq. Ən böyük arzusu oğlunun toyunu görmək idi. Deyirdi ki, restoranda yox, 3 gün mağar toyu edəcəm. İndi mənə hər şey Vüqarı xatırladır. Vüqarın heç vaxt şikayəti olmayıb. Özünə baxan adam idi. Axşam saat 11-də ürəyi tutub. 3 təcili yardım gəlib və heç biri üstünə götürməyib. Vəziyyəti ağır olub. Gecə saat 3-ün yarısı qardaşım Anar zəng vurdu ki, Vüqar xəstəxanaya yerləşdirilib, gəl. İnfarkt dayanmadan başlamışdı. Gecə 3 dəfə infarkt vurub. 2 gün saxladılar. Dayağımı itirdim. Oğlundan da çox mənə ağırdı. Mən həm qardaşımı, həm də atamı itirdim. Həm də ata idi mənə. İnşallah, qismət olarsa, atasının və babasının adına layiq bir aşıq olacaq o da. İki sənəkarın adını daşıyır. Hazırlayırıq onu. İndi çıxara bilmərik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Gecə 3 dəfə infarkt vurub" - Mərhum aşığın dəhşətli ÖLÜM SƏBƏBİ


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR