Hakimləri söyən baş məşqçi və futbolçulara ağır cəza

Hakimləri söyən baş məşqçi və futbolçulara ağır cəza
16:07 18 Dekabr 2018
31 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda təhqirə yol verənlərlə bağlı qərarlarını açıqlayıb. Fanat.Az xəbər verir ki, Region Liqasının "Ağsu Siti” – "İmişli” oyununda qonaqların futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Liqasının "Səbail” – "Xəzər Lənkəran” matçında isə qonaqların futbolçusu Məhəmməd Ağazadə "fərqlənib”. O, hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.
U-15 Liqasının "Qarabağ” – "Zirə” görüşündə isə qonaqların oyunçusu Mahmud Ağayev rəqibi təhqir edib. Onun cəzası 2 matçdan ibarət olub.
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının "Hicran”  – "Obolon” matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Nominal meydan sahibinin çalışdırıcısı Elşən Ağaverdiyevin hakimi təhqir etməsi ona ağır başa gəlib. Məşqçi 5 oyun cəzalanıb.
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/hakimleri-syen-bas-mesqci-ve-futbolculara-air-ceza/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR