Əlcəzair soyqırımı - Made in France - VİDEO-FOTO

Əlcəzair soyqırımı - Made in France - VİDEO-FOTO
22:27 13 Yanvar 2015
337 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün hər kəs 7 yanvar 2015-ci il tarixində Fransada karikatura jurnalına edilən hücumdan danışır. Bu hadisəni terror adlandırırlar. Cinayətin məsulu kimi isə 2 milyarda yaxın müsəlmanı göstərirlər. Bu aspektdən yanaşsaq, onda Fransanın hər gün öldürdüyü 513 nəfər insandan niyə danışılmır? Axı həmin cinayəti Fransa törədib. Demək məsulu da bütün fransaız xalqıdır. Gəlin tarixə diqqət edək. O tarixə ki, Fransa Əlcəzairdə 8 ilə 1.5 milyon insan öldürmüşdü.
 
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Əlcəzair Fransa üçün olduqca qiymətli bir torpaq idi. XIX əsrə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransanın torpaqlarına qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı.
1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi əsnasında, Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insanı qətlə yetirən Fransa rəhbərliyi, bu tətbiqi əsnasında tək deyildi. Dünyadakı hər cür İslami addımı özünə qarşı təhdid sayan İsrail rəhbərliyi, Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək vermişdi.
 
Dövrün "La Croix" jurnalı müxbirlərindən olan Jacques Duquesne işgəncələr haqqında belə yazır: "İşgəncə və insanların itməsi problemləri beyinləri davamlı şəkildə məşğul edirdi. Kişilər, bəzən də qadınlar həbs olunur və daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlərinin daş bağlanaraq dənizə atıldığı bilinirdi. Saylarının 3 mindən artıq olduğu irəli sürülürdü, amma Əlcəzair bələdiyyə başçısı Jacques Chevallier, 5 mindən artıq bir rəqəmdən bəhs edirdi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu isə, qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu ləyənə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı saxlanması təmin edilirdi. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim."
 
İndi siz deyin: Öz torpaqlarının işğalçılardan azad etmək üçün ayağa qalxan insanların İŞİD sayağı qətlə yetirilməsi cinayət və ya terror deyilmi?

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR