Bu məktəbdə direktoru şagirdlər seçəcək - VİDEO

Bu məktəbdə direktoru şagirdlər seçəcək - VİDEO
16:14 18 Dekabr 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiyada aşağı siniflərin təhsil aldığı bir məktəbə yeni direktor şagirdlər tərəfindən seçiləcək.

Publika.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən “Yuliyana və Stolberq” məktəbinin boş direktor postuna təyin olunan şəxs şagirdlər tərəfindən imtahan ediləcək.

İmtahan üçün 7-ci sinifdə oxuyan 5 şagirddən ibarət komissiya yaradılıb. Şagirdlər “zarafat duyğusu inkişaf etmiş istedadlı müdir axtarırıq”, “ən çətin dərsi belə məktəbdə partiyə çeviririk” və “cəsarətiniz yoxdursa, əlbəttə, biz kömək edərik” formasında iş elanları dərc edib.

Komissiya Yutub üçün xüsusi video da hazırlayıb. Videoda məktəblə əyani tanışlıq verilib və şagirdlər yeni müdirin təyin edilməsi üçün lazım olan şərtləri səsləndirib.

İş üçün müraciət edən şəxslər görüşdə şagirdləri razı salmalıdır. Şagirdlərin yeni müdirdə axtardıqları xüsusiyyətlər şən, canayaxın və komediya sevən olmasıdır. Namizədlərin iş görüşündə həyəcanlanması önəmli deyil.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/263488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR