Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı

Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı
16:16 18 Dekabr 2018
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 17-də saat 7 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Şəmistan İbrahimov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Zərgər Əsgərovu vurub və nəticədə zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Arif Şamilovun idarə etdiyi “Toyota” markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/2995194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR