Dubay aeroportu rekord vurdu

Dubay aeroportu rekord vurdu
22:31 13 Yanvar 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Dubay aeroportu 2014-cü ildə beynəlxalq reys sərnişinlərinin sayı üzrə dünyada ən çox yüklənmiş aeroport olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Dubay beynəlxalq aeroportunun rəhbəri Pol Qriffits açıqlama verib.

“The Financial Times” qəzeti bildirir ki, Qriffits əvvəllər Londonun Qetvik aeroportuna rəhbərlik edib. Keçən il ərzində Dubayın Al-Maktum aeroportu beynəlxalq reyslərin 71 milyon sərnişininə xidmət edib. Halbuki Hitrounun xidmətlərindən 68,1 milyon insan istifadə edib. Britaniya aeroportlarında vəziyyətlə yaxşı tanış olan Pol Qriffits əmindir ki, Hitrou beynəlxalq reyslərinin xidmət edilmiş sərnişinlərinin sayı üzrə liderliklərini qaytara bilməyəcək.

Dubayın beynəlxalq aeroportunun irəliləyişində əsası 1985-ci ildə qoyulmuş Emiratesin əməyi böyükdür.
Əmirliyi idarə edən ailəyə məxsus Emirates dünyada ən böyük sərnişin laynerlərinin flotuna malikdir.

Asiya-Sakit okean regionunun aviasiyası mərkəzinin (CAPA) proqnozlarına görə Dubay aeroportu 2015-ci il ərzində yüklülük üzrə liderliyi saxlayacaq. Hesabata əsasən, 2014-cü ildə aeroportun mövcud terminallarının yenidən qurmasına və yenilərin tikintisinə 7,5 milyard dollar sərmayə qoyulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR