Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi - VİDEO

Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi - VİDEO
17:12 18 Dekabr 2018
44 Dünya
Ölkə mətbuatı
A- A+

Norveçdə MECA Hockey Game xokkey turnirində Belarusun himni yerinə təşkilatçılar bir çoxlarının "Nu pogodi" cizgi filmindən tanıdığı "Kosil Yas klever" mahnısını qoşublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oyundan əvvəl idmançılar adəti üzrə iki sıraya düzülüb iştirakçı ölkələrin himnlərini dinləyirlər.

Buz meydançasının üzərində quraşdırılan kubşəkilli böyük ekranda Belarus bayrağı görünüb, lakin himnin yerinə "Kosil yas klever" səslənib.

Bu zaman norveçlilər - heç vaxt eşitmədikləri Belarusun şən himninə təəccübləniblər. Qonaq belaruslar isə nəyə görə bu mahnının səslənməsini anlaya bilməyiblər.  

Hadisəni telefonlarının yaddaşına həkk edən belaruslu azarkeşlər də heç nə anlamayıblar. Bu şən mahnının təşkilatçıların musiqi arxivinə necə düşməsi tapmaca olaraq qalır.

Hər iki komanda mahnını sakitcə dinləyib. Oyundan sonra belaruslardan rəsmi olaraq üzr istənilib.

Matçın özünə gəldikdə, Norveç yığması Belarusu 6-1 hesabı ilə məğlub edərək qalib gəlib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Matç zamanı Belarusun himni yerinə


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR