Gürcüstan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşından bəyan edilməmiş qızıl əşyalar müsadirə ediblər

Gürcüstan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşından bəyan edilməmiş qızıl əşyalar müsadirə ediblər
17:12 18 Dekabr 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 dekabr.REPORT.AZ/ Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
S.U. şərti adlı və soyadlı Azərbaycan vətəndaşının üzərinə baxış zamanı bəyan edilməmiş ümumi çəkisi 100 qram olan qızıl əşyalar aşkar olunub. Əşyaların ümumi dəyəri 6 198,99 lari (2 324 dollar) təşkil edib.
Fakla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustan-gomrukculeri-turkiyeden-gelen-azerbaycan-vetendasindan-beyan-edilmemis-qizil-esyalar-musadire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR