Gürcüstana çoxlu sayda qanunsuz mobil telefon və aksesuar keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana çoxlu sayda qanunsuz mobil telefon və aksesuar keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
17:17 18 Dekabr 2018
18 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 dekabr.REPORT.AZ/ Tbilisi beynəlxalq hava limanında Gürcüstana mobil telefonlar və onun aksesuarlarını qanunsuz yolla keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Ad-soyadı açıqlanmayan Azərbaycan vətəndaşının əl yükündə 19 ədəd mobil telefon, 15 ədəd mobil telefon qulaqcıqları, 11 ədəd USB kabel, 11 ədəd xarici akkumulyator (power bank), 2 ədəd "iPhone4" saatı və 6 ədəd ətir aşkar olunub.
Malların ümumi dəyəri 61 674.73 lari (23 127 dollar) təşkil edib.
Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustana-coxlu-sayda-qanunsuz-mobil-telefon-ve-aksesuar-kecirmeye-cehd-eden-azerbaycan-vetendasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR