"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq

"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq
17:32 18 Dekabr 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Səbail” futbol komandasının yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “dənizçilər” yanvarın 15-də “Aqvital” (Macarıstan), 21-də “Desna” (Ukrayna), 24-də isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.
Komandanın qüvvəsini sınayacağı 4-cü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Səbail” yanvarın 25-dək Türkiyədə hazırlıq keçəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-macaristan-ukrayna-ve-qazaxistan-komandalari-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR