Səhiyyəyə olan diqqət və qayğı sosial sahədə aparılan siyasətin önəmli hissəsidir - Millət vəkili

Səhiyyəyə olan diqqət və qayğı sosial sahədə aparılan siyasətin önəmli hissəsidir - Millət vəkili
17:48 18 Dekabr 2018
33 Digər
Ölkə mətbuatı
A- A+

"Vətəndaşlarımızın maraqları, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsi, xüsusilə, sağlamlığının qayğısına qalmaq istiqamətlərində böyük addımlar atılır. Ərzaq təminatı, qida təhlükəsizliyi ilə bağlı dövlət proqramlarının qəbul edilməsi, səhiyyəyə olan diqqət və qayğı ölkədə sosial sferada aparılan siyasətin önəmli hissəsidir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən səhiyyənin inkişafı ilə bağlı etdiyi çıxışı şərh edən millət vəkili bildirib ki, ölkəmizdə səhiyyə sferasında aparılan siyasət öz müsbət nəticələrini verir:

“Ölkəmizdə cənab prezident tərəfindən həyata keçirilən müxtəlif istiqamətli siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsidir. Vətəndaşlarımızın maraqları, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsi, xüsusilə, sağlamlığının qayğısına qalmaq istiqamətlərində böyük addımlar atılır. Ərzaq təminatı, qida təhlükəsizliyi ilə bağlı dövlət proqramlarının qəbul edilməsi, səhiyyəyə olan diqqət və qayğı ölkədə sosial sferada aparılan siyasətin önəmli hissəsidir. Eyni zamanda, biz səhiyyə sahəsində mühüm addımlar atılmasının şahidi oluruq. Bu sahədə böyük işlər həyata keçirilir. Son 15 ildə 600-dən çox səhiyyə müəssisəsi təmir olunub, yenidən tikilib.

Eyni zamanda, böyük səhiyyə müəssisələri müasir avadanlıqlarla təchiz edilib. Bu siyasətin davamı olaraq Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan işləri aparılıb. Açılışda Prezident İlham Əliyevlə yanaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Bu isə dövlətin birbaşa Azərbaycan vətəndaşlarının sağlamlığının qayğısına qalmasının bariz nümunəsidir. Dövlətin həyata keçirdiyi ən mühüm addımlardan biri icbari-tibbi sığortanın tətbiq olunmasıdır. Bildiyiniz kimi, cari il bu istiqamətdə pilot layihələr həyata keçirildi. Gələcəkdə isə Azərbaycanda bütövlükdə icbari-tibbi sığortanın tətbiq edilməsi üçün dövlət proqramları tərtib olunur. Yaxın gələcəkdə bu məsələnin yüksək səviyyədə həllinin şahidi olacağıq”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/263533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR