İstefaya göndərilən Mourinyo fantastik məbləğdə təzminat alacaq

Mançester Yunayted”in istefaya göndərdiyi Joze Mourinyoya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.

Metbuat.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “mankunyanlar” portuqaliyalı mütəxəssisə 24 milyon funt-sterlinq (təqribən 27 milyon avro) ödəməlidir. Çünki 55 yaşlı məşqçinin Mançseter təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.

Mourinyo qış fasiləsindən sonra istefaya göndərilsəydi, ona ödəniləcək təzminat xeyli az olacaqdı – 18 milyon funt-sterlinq (təqribən 20 milyon avro).

Qeyd edək ki, Mourinyo 2016-cı ildən "MY"-i çalışdırırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR