​Kosovo hökuməti öz ordusunu yaratmaq qərarını dəyişməyəcək

Kosovo hökuməti öz ordusunu yaratmaq qərarını dəyişməyəcək.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Kosovo prezidenti Haşim Taçi BMT Təhlükəsizlik Şurasının toplantısında bəyan edib ki, ölkəsinin suveren respublika olaraq, öz ordusunu yaratmaq hüququ var. O hesab edir ki, Kosovo bununla bağlı qərar qəbul etməkdə 5 il gecikib.

Bu da republikasının mövcud olduğu dövrdə yol verdiyi yeganə yanlış addımdır. Prezident bildirib ki, Kosovo xalqı özünün mövcudluğunu qorumaq üçün həmişə mübarizə aparmalı olub. Haşim Taçi qeyd edib ki, Kosovo ordusu NATO ilə sıx əməkdaşlıq çərçivəsində qurulacaq və digər ölkələrə təhlükə törətməyəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR