Silahlanma nəzarətdən çıxa bilər - Rusiyadan ABŞ-a xəbərdarlıq

“ABŞ-ın orta və qısa mənzilli raketlərin məhvinə dair müqavilədən çıxması, silahlanmanın nəzarətdən çıxmasıyla nəticələnə bilər”.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib ki, Vaşinqtonun müqaviləni tərk etməsi kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması müxanizminə də təsirini göstərəcək. Kreml rəhbəri etiraf edib ki, anlaşmada mürəkkəbliklər var. Lakin bütün məsələlər danışıqlar yoluyla həll olunmalıdır:

“Anlaşmaya hansı iradlar olur-olsin, hazırki şərtlərdə bu sənəd sabitləşdirici faktor rolunu oynayır. Əgər ABŞ müqavilədən çıxarsa, onda Rusiya özünün təhlükəkizliyi üçün əlavə tədbirlər görməli olacaq”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR