Şahın oğlu İranda hakimiyyətin dəyişməsini istəyir

Şahın oğlu İranda hakimiyyətin dəyişməsini istəyir
21:27 18 Dekabr 2018
57 Dünya
Ölkə mətbuatı
A- A+

İranın devrilmiş Şahının oğlu, vəlihəd Reza Pəhləvi təklif edib ki, Qərb ölkələri İranın xaricdəki əmlakına əl qoyub onları iranlı demokratların sərəncamına versin.

İran hakimiyyətinin yüksək vəzifəli məmurlarının Qərb ölkələrinə getdiyini xatırladan cənab Pəhləvi araşdırma aparılmasını təklif edib və "əgər bu əmlaklar xalqın cibindən oğurlanıbsa, o zaman həbs qoyulsun" deyib, BBC Farsca xəbər verir.

İran inqilabının 40-cı il dönümü ərəfəsində Washington İnstitutunda etdiyi çıxışında Reza Pəhləvi İranın gələcəyi ilə bağlı fikirlərini bildirib.

O, Səudiyyə Ərəbistanı və İsraildən maliyyə yardımı və ya hər hansı başqa bir kömək alması ilə bağlı iddiaları rədd edib.

Cənab Pəhləvi deyib ki, İranda maliyyə problemləri ilə mübarizə aparıldığı bir vaxtda rejimlə yaxın olanlar rahatdırlar, viza məhdudlaşdırmaları yoxdur.

Tehran

Cənab Pəhləvinin fikrincə, İran rejimi islaholunmazdır. Bununla belə o, İrana xarici ölkələrin müdaxiləsini istəmədyini, ancaq onların etirazlara dəstək vermələrini istədiyini söyləyib.

"İranda etirazların basdırılması cəhdləri bu hökumətin özünü təhlükədə hiss etdiyini göstərir" o deyib.

O iddia edir ki, İranın silahlı qüvvələrində onun ideyalarını dəstəkləyən və onunla daim əlaqədə olan yüksək vəzifəli şəxslər var.

İran tacının keçmiş vəliəhdi deyib ki, 1979-cu il inqilabı dövründə adamlar nə istədiklərini bilmirdilər. Ancaq o xalqa qarşı "dürüst" olduğunu və İranın, hər kəsin hüquqlarının bərabər olduğu dünyəvi konstitusiyalı ölkə olmasını istədiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR