Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi
21:32 18 Dekabr 2018
28 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Salman Gülən 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Salman Gülən "silahlı terrorçu qruplaşmaya üzv olmaqda" təqsirli bilinib.

Xatırladaq ki, Salman Gülən 2017-ci ilin dekabr ayında FETÖ qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin ilin fevral ayında Manisa əyalətində Gülənin digər qardaşı oğlu həbs olunmuşdu. 2016-cı ilin oktyabr ayında isə Gülənin qardaşı Kütbettin Gülən polis nəzarətinə götürülüb.

Türkiyə hakimiyyəti Gülənin FETÖ qruplaşmasını 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddə ittiham edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR