Tehranda torpağın səviyyəsi niyə enir?

Tehranda torpağın səviyyəsi niyə enir?
21:37 18 Dekabr 2018
51 Dünya
Ölkə mətbuatı
A- A+

Əhalisi 15 milyona çatan İran paytaxtı Tehran şəhərinin geniş ərazisində torpağın səviyyəsi enməkdədir.

İranın paytaxtı Tehran Qərbi Asiyada əhalisi ən böyük olan şəhərdir.

Nature elmi jurnalında dərc olunmuş yeni məlumatlara görə, şəhər yerləşdiyi sahənin böyük bir hissəsi hər il təxminən 25 sm aşağı çökür.

Almaniyanın Potsdam şəhərində yerləşən Elmi-Tədqiqat Mərkəzindən bir qrup alim, peyk müşahidələrindən istifadə edərək, 2003-cü ildən 2017-ci ilə qədər Tehranın yerləşdiyi bölgədə torpağın sürüşmə dərəcəsini hesablayaraq təhlil edib.

Müəyyən olunub ki, İran paytaxtının müxtəlif yerlərində torpaq səviyyəsinin çökməsi müxtəlif sürətlə baş verir. Məsələn, Tehran Beynəlxalq Hava Limanının yerləşdiyi ərazi ildə 5 sm çökür.

"Bu hadisənin başlıca səbəbi əhalinin sayının kəskin artması və sənayenin inkişafıdır. Bu da Tehran ətrafındakı ərazidə yeraltı su hövzələrindən götürülən suyun həcminin artmasına gətirib çıxarıb, - alimlər qeyd edirlər. - Nəticədə yerlatı boşluqlar yaranır, torpaq çökməsi halları artır, binalar zədələnir, torpaq sürüşüməsi halları baş verir".

Alimlər hesab edirlər ki, rəsmilər suyun istifadəsi strategiyasını radikal şəkildə dəyişsələr, meqapolisin infrastrukturuna gələcəkdə dəyə biləcək daha böyük ziyanın qarşısını hələ də almaq mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR