Ağ Evdə NAMƏLUM İŞIQ - Rusiyaya XƏBƏRDARLIQ SİQNALI? - VİDEO

Ağ Evdə NAMƏLUM İŞIQ - Rusiyaya XƏBƏRDARLIQ SİQNALI? - VİDEO
23:03 18 Dekabr 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentlərinin mənzil-qərargahı olan Ağ Evin pəncərəsində naməlum qırmızı işıq peyda olub.

Publika.az xəbər verir ki, binanın birinci mərtəbəsində yerləşən pəncərələrdən ikisində görünən işıq televiziyaların kameralarına tuş gəlib.

Yanıb-sönən naməlum işığın qaynağı sosial mediada geniş müzakirə doğurub. Bəzi istifadəçilər Ağ Evdə rəqs şənliyi təşkil edildiyini yazıb. Digərləri isə hadisəni siyasi baxımdan şərh edərək Rusiyaya xəbərdarlıq siqnalı olduğunu bildirib.

Məsələ ilə bağlı ən ağlabatan versiya isə binanın yaxınlığında olan təcili tibbi yardım və ya yanğınsöndürən maşının qırmızı işıqlarının pəncərədə əks olunmasıdır.

İngiltərənin “The Sun” nəşri qırmızı işığın göründüyü pəncərələrin mətbəxə aid olduğunu yazıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/263471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR