Cəlilabadda VAZ traktorla toqquşub

Cəlilabadda VAZ traktorla toqquşub
23:12 18 Dekabr 2018
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Ocaqlı kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Teymur Əlifağa oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili "Belarus" markalı traktora çırpılıb. Minik avtomobilinin sürücüsü xəsarət alaraq ağır vəziyyətdə "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Goranboyda yol qəzası baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR