Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - FOTO

Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - FOTO
00:05 19 Dekabr 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisə zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa olunub.

Bunda əlavə mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə orta yaşlı kişini avtomobil vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR