İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində neft-qaz yataqları aşkar olunub

İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində neft-qaz yataqları aşkar olunub
00:42 19 Dekabr 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ İran ölkə ərazisində 40-a yaxın yeni neft-qaz yatağının aşkar olunduğunu və yaxın vaxtlarda onların mənimsənilməsinə başlanacağını bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İran Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəhbəri Salef Hendi deyib.
"İlkin araşdırmalarımız göstərir ki, neft və qaz yataqları Şərqi Azərbaycan əyalətinin BostanabadMiyanə rayonlarında tapıla bilər. Tezliklə biz bu rayonlarda daha detallı şəkildə tədqiqatlara başlayacağıq", - deyə o, Tehranda jurnalistlərə bildirib.
Bundan əlavə, Ərdəbil əyalətində Moqan perspektivli rayonu aşkar olunub ki, orada karbohidrogenin sınaq hasilatı həyata keçirilir. Həmçinin İran mütəxəssisləri Oman körfəzində 800 metr dərinlikdə qaz yatağı aşkar ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ranin-serqi-azerbaycan-ve-erdebil-vilayetlerinde-neft-qaz-yataqlari-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR