Goranboyda qəza - YOLLAR BAĞLANDI

Goranboyda qəza - YOLLAR BAĞLANDI
00:43 19 Dekabr 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızıyolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.

Qəza zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.

Bundan əlavə, mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/263572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR