Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib

Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
00:47 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Yaponiyada "Seibu" dəmir yolu şirkəti süni intellektə malik robot-nəzarətçini stansiyada sınaqdan keçirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vəzifəsi stansiya nəzarətçilərinə kömək göstərməkdən ibarət olan robot kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

Şirkətin nümayəndəsi Maki Sone robot haqqında məlumat verib: "Süni intellektə malik robotun sınaqdan keçirilməsi barədə qərar 2020-ci ildə baş tutacaq Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədardır. Yarışlar zamanı ölkəyə gələn turistlərin və dəmir yolu xəttindən istifadə edənləri sayı kəskin artacaq. Bununla əlaqədar stansiyadakı əməkdaşların işini azaltmaq və təhlükəsizliyi təmin etmək üçün robotun sınaqlarına başlanıb".

Stansiyada gəzən robotun funksiyalarına özünü pis hiss edərək yerə oturan və ya yıxılan sərnişin barədə əməkdaşları məlumatlandırmaq daxildir. Belə ki, stansiyada dəmir yolu xətlərinin çoxluğu səbəbindən stansiyadakı nəzarətçi baş verən hadisəni görməyə bilər. Bu zaman robot baş verən hadisə barədə əməkdaşı məlumatlandırmalıdır. Eyni zamanda, robot stansiyada unudulan sahibsiz əşyalar barədə də məlumat verməlidir.

Beləliklə stansiyada çalışan əməkdaşlar ərazini dəfələrlə yoxlamaqdan azad olaraq, baş verən hadisə və ya təhlükəli əşya barədə operativ məlumat almaq imkanı qazanacaqlar.

Hazırda sınaqlar davam edir və bundan sonra robotun işə qəbul edilməsi məsələsinə baxılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR