ABŞ "Patriot" HHM sistemlərinin Türkiyəyə satışını təsdiqləyib

ABŞ "Patriot" HHM sistemlərinin Türkiyəyə satışını təsdiqləyib
06:52 19 Dekabr 2018
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ümumi dəyəri 3,5 milyard dollar olan müvafiq avadanlıqlı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılmasına razılıq verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
"Türkiyə "Patriot"dan öz raket hücumundan müdafiə qabiliyyətini gücləndirmək, ərazi bütövlüyünü qorumaq və regional təhdidlərin qarşısını almaq üçün istifadə edəcək. Təklif edilən satış, türk hərbçilərinin düşmən təcavüzündən qorunmaq və Türkiyə daxilində təlim keçə və hərəkət edə bilən NATO üzrə müttəfiqləri qoruması üçün müdafiə imkanlarını artıracaq", - deyə idarənin məlumatında bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-patriot-hhm-sistemlerinin-turkiyeye-satisini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR