2018-ci ildə KXDR-dən Cənubi Koreyaya mindən çox insan qaçıb

2018-ci ildə KXDR-dən Cənubi Koreyaya mindən çox insan qaçıb
07:05 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

2018-ci ilin əvvəlindən bəri mindən çox insan KXDR-dən Cənubi Koreyaya qaçıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Koreya Respublikasının Birləşmə Məsələləri üzrə Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar ayından noyabr ayınadək Cənuba 1042 Şimali Koreya vətəndaşı keçib. Ötən ilin analoji dövründə bu göstərici 1045 nəfər təşkil etmişdi.

Qeyd edək ki, indiyə qədər Şimaldan qaçaraq Cənubi Koreyaya sığınan insanların sayı ümumilikdə 32,3 min nəfərə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR