Berlin silah ixracı şərtlərini sərtləşdirir

Berlin silah ixracı şərtlərini sərtləşdirir
07:17 19 Dekabr 2018
40 Dünya
Ölkə mətbuatı
A- A+

AFR kansleri Angela Merkel bildirib ki, ölkə hökuməti 2019-cu ilin birinci yarısından gec olmayaraq silah ixracı barədə yeni qaydalar hazırlamaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin fevral ayında imzalanmış koalisiya müqaviləsinin bir bəndində həmin qaydaların hələ cari ildə sərtləşdirilməsi nəzərdə tutulub.

Keçən il Almaniyadan ixrac edilmiş silahların ümumi dəyəri 2,65 milyard avroya bərabər olub. Bu, son 10 ildə rekord göstəricidir. Onu da qeyd edək ki, bu rəqəm bütün hərbi məhsulları deyil, yalnız döyüş vasitələrini əhatə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR