Ermənilər Rusiyadan cavab istəyə biləcək?

Ermənilər Rusiyadan cavab istəyə biləcək?
22:52 13 Yanvar 2015
179 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünün Rusiyanın buradakı 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsilə nəticələnən insidentlə əlaqədar şəhərin əsas meydanında kütləvi etirazlar başlayıb. Daha bir etiraz aksiyası ondan da izdihamlı şəkildə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında baş tutub.
 
Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb edirlər. Bu hadisə Ermənistanda terror aktı kimi qiymətləndirir. Hadisəni Rusiyanın bu ölkədəki hərbi bazasının əsgərinin törətməsi isə rəngləri daha da tündləşdirib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Ermənistanın Gümrü vilayətinin Myasnikyan küçəsində baş verən ailə faciəsi harda, kiminlə bağlı baş verməsindən, təfərrüatından asılı olmayaraq bir insanlıq dramıdır. Çünki, ortada öldürülən iki yaşlı uşaq və həyatı ilə çarpışan 6 aylıq südəmər körpə var. Və əgər bu hadisəni Gümrüdəki 102 saylı hərbi hissənin hərbi qulluqçusu yox, bir sıravi vətəndaş törətsəydi, o zaman məsələyə daha çox məişət zəminində baş verən qətl kimi yanaşılar və bu qədər dartışılmazdı. Amma vəziyyəti dramatikləşdirən həm də Rusiyanın 102 saylı hərbi bazasının müddətdən artıq hərbi qulluqçusu Valeri Permyakovun soyuqqanlılıqla bu qətli törətməsidir. Bu da öz növbəsində 102 saylı hərbi hissənin missiyasından tutmuş hadisənin Ermənistan-Rusiya münasibətlərinə təsirinə qədər bir çox məsəlləri gündəmə gətirir. Əvvəlcə, 102 saylı hərbi hissədən danışaq.
 
Rusiyanın Gümrüdəki hərbi bazaları 1995-ci ildən fəaliyyət göstərir. Ermənistanda bu bazalara münasibət heç vaxt birmənalı olmayıb. Məsələn, bir müddət əvvəl müqavilənin müddətinin uzadılması bu ölkədə müxtəlif reaksiyalarla müşayiət olundu. Rusiya hərbi bazalarının Ermənistanın təhlükəsizilyi üçün vacib amil hesab edənlərə belə cavab verənlər də tapıldı. Əgər Rusyia S-300 “Favorit” raket sistemlərini Azərbaycana satırsa, onda hərbi bazalarını Ermənistanda niyə saxlayır?
 
Yeri gəlmişkən bu bazalar hələ 2044-cü ilə qədər Ermənistanda qalacaq. Ermənistanın isə buna etiraz etməyə sadəcə cürəti çatmaz. Rusyianın qarşısında dizi üstə duran, həm siyasi, həm iqtisadi asılı olan bir ölkə siyasi şərhçilərin fikrincə, heç 30-40 il sonra da özündə bu əminliyi tapa bilməyəcək. Ona görə də, rus hərbçisinin bir erməni ailəsini yer üzündən silməsi bu gün İrəvanın bayram konsertinə köklənən ovqatını təlx eləmədi. Üç-beş vətəndaşın Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirdiyi aksiya və Nalbandyanla Lavrov arasında telefon danışıqlarındakı süni təəssüf hissinini nəzərə almasaq.
 
Yeri gəlmişkən, hadisəni törədən rus hərbçisi bu gün Ermənistan-Türkiyə sərhədində - sərhədyanı Bayandur kəndində saxlanılıb. Permyakov ifadəsində deyib ki, hərbi hissəni özbaşına tərk edib və su içmək məqsədilə Avetisyanların evinə gəlib çıxıb. Və evə girmək cəhdləri müqavimətlə nəticələnəndə belə bir insident yaşanıb. Nəticədə 1954-cü il təvəllüdlü Seroş Avetisyan, 1959-cu il təvəllüdlü Hasmik Avatesyan, onların qızı Aida, oğlu Armen, qızının əri 24 yaşlı Araksi Boqosyan qətlə yetirilib. Nəvə iki yaşlı Hasmik də gülləyə tuş gəlib. Amma 6 aylıq Seroşa çatanda avtomat ilişib. Hər halda, Permyakov ifadəsində belə deyib. O, körpəni avtomatın qundağı ilə vurub. Hazırda körpə müalicə üçün Gümrüdən paytaxt İrəvana gətirilib. Qətli həyata keçirən Permyakov barəsində isə həm Rusiya, həm də Ermənistan prokurorluqları tərəfindən cinayət işi açılıb.
 
Maraqlıdır, Kəlbəcərdə girov götürülən azərbaycanlıların birini öldürən, digər ikisinə ömürlük və 22 il həbs cəzası kəsən Ermənistanın Rusiya vətəndaşı ilə belə sərt davranmağa hünəri çatacaqmı? Çətin.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/52112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR