İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb

İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb
09:32 19 Dekabr 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ “Harrington Petroleum Limited” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.
“Report” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal, ev 60, mənzil 89, ünvanında yerləşir.
Şirkətin qanuni təmsilçisi Hindistan vətəndaşı olan Ojha Jaikumardır.
MMC bu ilin 25 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, 1998-ci ildə İngiltərə yaradılan şirkət neft-qaz sektorunda logistika, ticarət, məhsulların çatdırılması ilə məşğuldur. Şirkətin Dubayda, Hong-Kongda, Şanxayda, Sinqapurda, İstanbulda ofisləri var.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ngilterenin-neft-sirketi-azerbaycanda-filial-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR