İlahiyyat İnstitutu Türkiyənin Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb

İlahiyyat İnstitutu Türkiyənin Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb
10:22 19 Dekabr 2018
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə görüşlər keçirmək üçün işgüzar səfərdədir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin İstanbul şəhərində İstanbul Müftiliyi, İstanbul Universiteti, Marmara Universiteti, 29 Mayıs Universiteti, IRCICA və İSAM rəhbərliyi; Ankarada isə Ankara Universiteti, Yıldırım Beyazit Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri başqanının yardımçısı, Təhsil şöbəsinin rəhbəri ilə görüşlər nəzərdə tutulub.

Nümayəndə heyəti İstanbul səfərini başa vuraraq Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb, tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələr ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.

Məlumat üçün bildirək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Ali təhsil müsəssisəsi fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanaraq, Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşə malik mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/2995599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR