Mahir Mədətov Avroliqanın finalı ilə əlaqədar tələbələrlə görüşüb

Mahir Mədətov Avroliqanın finalı ilə əlaqədar tələbələrlə görüşüb
10:22 19 Dekabr 2018
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Mahir Mədətov, UEFA Avropa Liqası 2019-un səfiri Vəli Qasımov, eləcə də 80-dən çox tələbə iştirak edib. Əvvəlcə Avroliqa ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.
Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.
Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel – 18 mayda təşkil olunacaq. Dərslər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.ında yerləşdiriləcək.
















Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mahir-medetov-avroliqanin-finali-ile-elaqedar-telebelerle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR