Noyabrda vergi orqanlarına müraciətlərin 13%-i şikayət xarakterli olub

Noyabrda vergi orqanlarına müraciətlərin 13%-i şikayət xarakterli olub
10:27 19 Dekabr 2018
39 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ 2018-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8 638 müraciət daxil olub ki, onların da 86,6%-i ərizə, 13,1%-i şikayət, 0,3%-i təklifdir.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin 36,1%-i kameral vergi yoxlamaları, 35,8%-i müxtəlif arayışların alınması, 10,8%-i vergi borcları, 2,6%-i vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, 77,1%-i müsbət həll olunub.
Ay ərzində Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergi ödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarda vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 326 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/noyabrda-vergi-orqanlarina-muracietlerin-13-i-sikayet-xarakterli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR