Azərbaycanda avtomatlaşdırılmış bank yaradılacaq

Azərbaycanda avtomatlaşdırılmış bank yaradılacaq
10:32 19 Dekabr 2018
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda insan kapitalı üzrə forumda deyib.

Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib:

"Bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yarasılmasını stimullaşdıracaq".

S.Babayev qeyd edib ki, insan kapitalına investisiyalar ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas şərtdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR