Sabiq futbolçusu "Mançester Yunayted"in baş məşqçisi ola bilər

Sabiq futbolçusu "Mançester Yunayted"in baş məşqçisi ola bilər
10:32 19 Dekabr 2018
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Norveçin “Mölde” komandasının baş məşqçisi Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, futbolçu karyerası ərzində 1996 - 2007-ci illər aralığında “Mançester Yunayted”in formasını geyinən 45 yaşlı mütəxəssisin təyinatı dekabrın 20-də elan olunacaq.
Ötən gün klubun rəsmi saytında Sulşerin 1999-cu ildə Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” komandasına vurduğu qələbə qolunun videosu yerləşdirilib və bu cür yazılıb: “Sulşer kluba “Nou Kamp”da trebl gətirən qoldan 20 mövsüm sonra bizim baş məşqçi əvəzimiz olur”. Lakin bu məlumat tez bir zamanda silinib.
Norveçli sabiq forvard 2015-ci ildən “Mölde”yə rəhbərlik edir. O, 2011-2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. O, həmçinin Uelsin “Kardiff Siti” (2014) və “Mançester Yunayted”in gənclər komandasında çalışıb.
“Mölde” sonuncu mövsümdə “Rosenborq”dan 5 xal geri qalaraq Norveç çempionatında 2-ci yeri tutub. 
Qeyd edək ki, “Mançester Yunayted” dekabrın 18-də uğursuz nəticələr səbəbi ilə Joze Mourinyo ilə yollarını ayırıb. Portuqaliyalı mütəxəssisin köməkçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Maykl Karrik də baş məşqçi postuna namizəd göstərilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabiq-futbolcusu-mancester-yunayted-in-bas-mesqcisi-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR