"Mini yupkalı qızlar" -"Maşın" şou

“Maşın Şou”nun növbəti efiri baş tutub.

Metbuat.az xəbər verir ki , bu dəfə aktrisa Nərgiz Əliyevanı SMS səsverməsinə çıxıb.

Nərgiz Əliyeva hədəfinin isə 17-ci sürətin "Anakonda"sı adlandırılan şairə Nazilə Səfərli olduğunu bildirib. O açıq oynadığını bəyan edib və şouda qalsa şairəni uzaqlaşdıracağını deyib.

Artıq iştirakçılar arasında qruplaşma başlayıb. Qruplaşmadan birinin başçısı Nazilə Səfərli olduğu deyilir.
Nərgiz Əliyevanın şairəni niyə çıxarmaq istəməyi isə efirə verilən sujetdən sonra bilinib.

Nazilə Səfərli şoudaki bəzi xanımları “mini yupkalı qızlar” adlandırıb və bu xanım iştirakçıların xətrinə dəyib.

Qeyd edək ki, Nərgiz Əliyeva səs toplaya bilməyib və maşından uzaqlaşıb.

Sevinc Kərimova/METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR