Paşinyan Qarabağ məsələsində razılaşıb - Şarmazanovdan SENSASİYALI ETİRAF

Paşinyan Qarabağ məsələsində razılaşıb - Şarmazanovdan SENSASİYALI ETİRAF
11:28 19 Dekabr 2018
40 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11000 hektar ərazini işğaldan aza etməsi ilə bağlı məsələ Ermənistanda yenidən gündəmə gəlib.

Publika.az
xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan bu günlərdə hərbiçilərə mənzillərin verilməsi mərasimində iştirakı zamanı ordumuzun Naxçıvan istiqamətində keçirdiyi uğurlu əməliyyatı xatırladıb və işğal altındakı ərazilərin 11000 hektar hissəsinin azad edildiyini vurğulayıb.

Ermənistan Respublika Partiyasının mətbuat xidməti Eduard Şarmazanov Nikol Paşinyan hakimiyyətini bu məsələyə görə ittiham edib.

“Bakıda sensasiyalı bəyanatlar verilir, bizim hakimiyyətimiz isə susur. Hakimiyyət Azərbaycan Ordusunun Naxçıvan əməliyyatı və 11000 hektar ərazini azad edilməsi haqqında danışmalıdır. Bunu Azərbaycanda ən yüksək səviyyədə deyirlər, Prezident İlham Əliyev açıq şəkildə uğurlu əməliyyatdan danışır. Ermənistan hakimiyyəti isə postları bölməklə məşğuldur. Ermənistan hakimiyyəti heç vaxt bu məsəlyə reaksiya vermədi və bu, narahatlıq doğurur”, - deyə o bildirib.

Şarmazanov iddia edib ki, Paşinyan əraziləri qaytarmağa razılaşıb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/263597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR