​"AKC ölkədə ürək-damar xəstəliklərinin qarşısını almağa xidmət edən kardioloqların könüllülük prinsipləri əsasında yaradılıb" - Tofiq Cahangirov

"Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi" ölkədə ürək-damar xəstəliklərinin qarşısını almağa xidmət edən kardioloqların könüllülük prinsipləri əsasında yaradılıb".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Kardioloqlar Cəmiyyətinin (AKC) sədri Tofiq Cahangirov “Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda keçirilən konfrans zamanı deyib.

Sədr bildirib ki, AKC Azərbaycanda ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsinin dünya standartlarına uyğunlaşdırılmasını qarşısına əsas məqsəd kimi qoyub. AKC-nin gələcək planlarından danışan sədr vurğulayıb ki, ilk olaraq regionlarda keçirilən tədbirlərin genişləndirilməsi nəzərdə tutulub. Daha sonra EKQ və Exokq kurslarının yenidən təşkili planlaşdırılıb. Bununla yanaşı, gələn ildə gənc kadrların və rezidentlərin cəmiyyətə cəlb edilməsi və onlarla iş birliyinin artırılması nəzərdə tutulub. May ayında Dünya Ürək çatışmazılığı üzrə maarifləndirmə günlərinin təşkili gündəmdədir. Xarici istiqamətlər barədə isə sədr bildirib ki, Avropa Kardiologiya Cəmiyyəti, Avropa Ürək Çatışmazlığı Assosiasiyası, Türk Kardioloji Dərnəyi, Rusiya Kardiologiya Cəmiyyəti, Belarus Kardiologiya Cəmiyyəti və digər ölkələrin cəmiyyətləri ilə ortaq toplantıların təşkili əsas məsələlərdən biridir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR