İstanbulda və Bursada dəniz reysləri dayandı

İstanbulda və Bursada dəniz reysləri dayandı
12:37 19 Dekabr 2018
22 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin həftənin sonlarına qədər davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR