Azərbaycan üçün yeni Uğur saatı…

Azərbaycan üçün yeni Uğur saatı…
12:47 19 Dekabr 2018
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan saat istehsalına başlayıb və bunu VMF Şirkəti həyata keçirir.
Bu barədə VMF Şirkətinin Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi, öz adını daşıyan ilk saat markası VMF saatlarının təqdimat mərasimində bildirilib.

Qadın və kişilər üçün dizayn edilmiş VMF saatlarının adları da diqqəti cəlb edir və "Klassik", "Ənənə", "Miras", "İdman" və "Şəhər" saat kolleksiyalarından ibarətdir.

Saatlar hələlik xaricdə yığılacaqlar, daha sonra VMF ölkəyə yığım xətti gitirəcək və istehsal Azərbaycanda gerçəkləşdiriləcək. Saatların qiyməti də əlverişli olacaq və 60 manatdan başlayacaq.

Dizaynı, gözəlliyi və etibarlılığı bu saatlara yalnız Azərbaycanda deyil, ölkədən kənarda da böyük tələb olacağını göstərir.

Təqdimat mərasimində VMF saatlarının elçiləri də təqdim olundu.

"VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi" kimi muğam ustadı, tenor Mənsum İbrahimov elan edildi. Mənsum İbrahimov VMF saatlarının zövq və dəyərlərini özündə cəmləşdirən "Muğam", "Azman", "Tor" və "Ulduz" kolleksiyasının elçisidir. Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə nümayiş edilən "Muğam" kolleksiyasının videoçarxından sonra ustad sənətkar çarxda səslənən "Şuşanın dağları" mahnısını canlı ifa etdi. Mənsum İbrahimova "VMF saatlarının elçisi" sertifikatı və "Muğam" ailəsindən olan qol saatı təqdim olundu.

VMF saatlarının daha bir elçisi isə dünya şöhrətli rəqqasə, baletmeyster Təranə Muradova elan edildi. Təranə Muradova VMF saatlarının zəriflik və qadınlığı özündə cəmləşdirən "Mirvari", "Miras", "Bulvar" və "Naxış" kolleksiyasının elçisi oldu. "Naxış" kolleksiyasının videoçarxının nümayişindən sonra qonaqlara çarxda istifadə olunan "Qavalla rəqs" canlı olaraq nümyiş etdirildi. Rəqsin son akkordunu isə tanınmış rəqqasə özü vurdu. Təranə Muradovaya "VMF saatlarının elçisi" sertifikatı və "Naxış" ailəsindən olan qol saatı təqdim olundu...


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR