Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil edilib

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur təşkil edilib.

Metbuat.az xəbər verir ki, mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.

Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR