“Çalıquşu”nun “Fəridə”si illər sonra ETİRAF ETDİ: "Kənanla..." - FOTO

“Çalıquşu”nun “Fəridə”si illər sonra ETİRAF ETDİ: "Kənanla..." - FOTO
12:48 19 Dekabr 2018
73 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Aydan Şener Ukraynanın Milli 1+1 kanalında yayımlanan "Kübar Həyatı" proqramına qonaq olub.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, verilişin aparıcısı Katerina Osadka çəkiliş heyəti ilə birlikdə bir günlük İstanbula gəlib. 1980-cı illərdə lentə alınan "Çalıquşu"nun Ukraynada hələ də çox izləndiyini söyləyən aparıcı aktrisanın tərəf müqabili Kənan Kalav haqqında sual verib. Aydan Şener bildirib ki, Kənan uzun illərdir ki, İspaniyada restoran işlədir:

“Hərdənbir Türkiyəyə gəlir, sevdiyim dostumdur. Telefonla əlaqə saxlayırıq”.

Şener baş rolda Fahriye Evcenin çəkildiyi "Çalıquşu" serialından ona təklif gəldiyi, lakin qəbul etmədiyi iddiasına da cavab verib:

"Elə bir təklif gəlmədi. Amma gəlsəydi də, qəbul etməzdim".

"Kübar Həyatı" proqramına qonaq olan sənətçi cavanlıq sirlərini də bölüşüb:

"Bədənimlə barışan insanam. Həyata müsbət baxıram. Limon və ya bişmiş düyü suyundan üzüm üçün maska hazırlayıram".

"Çalıquşu"nun Kamranı haqda ilk dəfə eşidəcəyiniz İNANILMAZ FAKTLAR - ŞOK OLACAQSINIZ - FOTO


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/263596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR