"Bəlkə də bu sözlərimi efirdə kəsəcəklər..." - Xatirə gileyləndi

"Bəlkə də bu sözlərimi efirdə kəsəcəklər..." - Xatirə gileyləndi
13:12 19 Dekabr 2018
43 Şou
Ölkə mətbuatı
A- A+

Bəlkə bu sözlərimi efirə verməyəcəklər, televiziya işçilərinin xoşuna gəlməyəcək, montaj edəcəklər. Amma bu məqama toxunmaq istəyirəm. Televiziya proqramlarında ciddi sənətlə məşğul olmayanlar çoxdur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Ən yaxşısı" verilişində deyib. Sənətçi verilişlərə dəvət olunan qeyri-peşəkar musiqiçilərdən gileylənib:

"Oxuya bilməyəni əvvəl çətin efirə buraxardılar. Bir yerdə 10 sənəti olan olurdusa, 11-ci ancaq zəif ola bilərdi. Amma indi baxıram ki, efirə çıxırlar, məsləhətlər verirlər. Onların musiqi savadı, müəllimləri yoxdur. Amma sərbəst efirə çıxırlar. Baxıram ki, televizorda bir qız oxuyur, deyirəm, bu kimdi? Baxıram ki, İnstaqram-da oxuyur, tanınır. Ona aparıcılar yaxşı münasibət də bəsləyirlər. Biz o vaxt görürdük ki, eləsini aparıcı vurardı, cırmaqlaya-cırmaqlaya irəli gedirdik. Toylara da onları dəvət edirdilər. Bir-iki klip çəkib, özlərini musiqiçi sayırlar. Get-gedə pisləşir hər şey".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR