Niyə bəziləri şəhadət barmağını qabağa uzadır?

Niyə bəziləri şəhadət barmağını qabağa uzadır?
23:12 13 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, bu, əsasən əhli-sünnə məzhəbinə aid olan bir qaydadır. Əhli-sünnə məzhəbinin mənsubları namazın son oturuşunda təşəhhüd deyən zaman sağ əlin şəhadət barmağını irəli uzadırlar. Bu hərəkət Allahın təkliyinin işarəsi sayılır. Bu hərəkətin yerinə yetirilmə qaydaları fərqlidir.
 
Məsələn, malikilər sağ əlin barmaqlarını bükür, yalnız şəhadət barmağını qabağa uzadıb ahəstə tərpədirlər. Hənbəlilər orta və baş barmağı halqa kimi saxlayır, şəhadət barmağını açır, qalan iki barmağı qatlayırlar. Hənəfilər “la ilahə” deyəndə şəhadət barmağını azacıq yuxarı qaldırır, “illəllah” deyəndə aşağı salırlar. Barmaqları tərpətmək alimlər tərəfindən birmənalı qarşılanmır və bəzi alimlər bunu arzuolunmaz sayırlar. Cəfəri məzhəbində belə bir qayda yoxdur.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR