Paşiyan aprel döyüşlərinin məğlub generalını özünə müşavir təyin edib

Paşiyan aprel döyüşlərinin məğlub generalını özünə müşavir təyin edib
13:32 19 Dekabr 2018
38 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib.

Milli.Az report-a istiandən xəbər verir ki, məlumatı "Aysor.am" saytı yayıb.

A.Karapetyanı 2016-cı il aprelin 26-da o zamanki prezident Serj Sarqsyanın sərəncamı ilə işdən çıxarılıb. O, həmin il aprelinin əvvəlində Azərbaycan ordusu ilə döyüşlərdə Ermənistanın verdiyi itkilərə görə məsuliyyət daşıyan əsas fiqur olub.

Qeyd edək ki, S.Sarqsyanın həmin sərəncamına əsasən, Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın Kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsdən azad edilmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR