Metro cibgirləri tutuldular - FOTO

Metro cibgirləri tutuldular - FOTO
13:47 19 Dekabr 2018
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın "28 May" stansiyasının platformasında cibindən "İphone 5S" markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, "20 Yanvar" stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə  məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

Bundan əlavə, Abşeron rayon sakini olan qadının "Samsung" markalı mobil telefonunun metronun "Nizami" stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun "28 May" stansiyasının yaxınlığına saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR