Azərbaycanda bir gündə 4 qadın bu səbəbdən öldü

Azərbaycanda bir gündə 4 qadın bu səbəbdən öldü
13:48 19 Dekabr 2018
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 4 qadın ölüb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub. Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölmüş, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Digər hadisə dekabrın 18-də saat 8 radələrində isə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir ağır yol qəzası dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində də piyada yol qəzasının qurbanı olub. Dekabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini Nüvər Məmmədovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/263623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR