Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib

Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib
13:52 19 Dekabr 2018
19 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə bağlı çap edilməsi olub:

"Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayır. Onların sayı təxminən 800-ə yaxındır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR