GoldenPay “International Business Magazine”in 2018-ci il üzrə dəyərləndirilməsində yer aldı

GoldenPay “International Business Magazine”in 2018-ci il üzrə dəyərləndirilməsində yer aldı
14:08 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ən böyük onlayn ödəmə portal "GoldenPay" hər zaman olduğu kimi öz strategiyası üzrə gündən-günə inkişaf etməyə və yenilikləri ilə istifadəçilərinə daha yaxşı xidmət göstərməyə davam edir.

Bu sahə üzrə qabaqcıl addımlar atan, ilkləri həyata keçirən GoldenPay diqqət mərkəzində qalmağı bacarmış və layiq olduğu dəyəri görməyə davam etmişdir.

Bu dəfə GoldenPay şirkəti “International Business Magazine”nin 2018-ci il üzrə dəyərləndirməsinə əsasən “Azərbaycanın ən yaxşı onlayn ödəmə təminatçısı” nominasiyası üzrə mükafata layiq görülüb və bir daha dünya standartlarında bir şirkət olduğunu sübut etmiş olub.

Qeyd edək ki, “International Business Magazine” BƏƏ fəaliyyət göstərən maliyyə və biznes sahəsi üzrə qabaqcıl jurnal hesab olunur. Hər il dünyanın öndəgedən, perspektivli, inkişaf edən bank, şirkət və qurumlarını dəyərləndirərək onlara stimul vermiş olur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/2995750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR