Qanımızla qazandıq (VİDEO)

Qanımızla qazandıq (VİDEO)
23:21 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

20 Yanvar hadisəsinin 25-ci ildönümü yaxınlaşdıqca həmin faciənin qaranlıq məqamları gündəmə gəlir. ANS olaraq “Qanlı Yanvar”ın 25 illiyi ərəfəsində o dövrdə baş verən hadisələrə güzgü tutacağıq. Faciəyə həsr olunmuş rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi ekranlara çıxmaq üzrədir. Məhz həmin film 20 Yanvar hadisələrinin bədii şəkildə əksidir!

25 il əvvəl yanvarın 20-də sovet ordusunun Azərbaycanda törətdiyi qətliamda Bakının küçə və meydanlarına çıxan dinc əhalinin bir amalı vardı. Sovet əsarətinə son deyib müstəqilliyimizi qazanmaq. Baxmayaraq ki, tankların, top-tüfənglərin qarşısında onlar əli yalın idi. Amma buna rəğmən azadlığı qazanmağa israrlı idilər. Yaxşı bilirdilər ki, azadlığı qan-can bahasına qazanırlar. Həmin o azadlıq üçün də qanlar töküldü, canlar alındı. Müstəqilliyimizi qazananların əksəriyyəti indi Şəhidlər Xiyabınında uyuyur. Sağ qalanlar isə həmin faciəni belə xatırlayır.

20 Yanvar hadisələrinin zərərçəkəni Mustafa Əliyev: “Cəfərov məni əli ilə arxaya itələdi. Özü güllənin qarşısına keçdi. O, nişanlı idi. Yaxın günlərdə toyu olacaqdı, amma ona qismət olmadı”.

1990-cı ilin 20 Yanvarında sovet ordusunun hərb maşından keçirdiyi Azərbaycan xalqının qətliamı insanlığa qarşı törədilən ən dəşhətli cinayət kimi bəşər tarxinə düşdü. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə tutulan divan, yüzlərlə günahsızın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə: “Çox təqdirəlayiq haldır ki, elə bu hadisələr ANS və hörmətli Vahid müəllim tərəfindən dəyərləndirildi. Xocalı qətliamı ilə bağlı çəkilən filimin davamı olaraq, 20 Yanvar hadisələrilə bağlı film çəkildi”.

20 Yanvar faciəsi zamanı müqavimət göstərən, meydanlara çıxıb mübarizə aparanlara kinorejissor Vahid Mustafayev “Qanlı Yanvar” filmini həsr edib.

Kinorejissorun öz ssenarisi əsasında çəkilən “Qanlı Yanvar” filmi həmin günün ən xırda detallarını özündə əks etdirib. Filim yanvarın 20-də paytaxt da daxil olamaqla ölkə ərazisində ümumxalq nümayişinə çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR