ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması tövsiyə edilib

ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması tövsiyə edilib
15:32 19 Dekabr 2018
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan “Report”a veriən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.
Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln. manat, xərclərinin 11 595,2 mln.  manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln. manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.
İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-nin-2019-cu-il-budcesi-meqbul-sayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR